Finlandiya Rusiya PUA-larını dərhal vurmayacaq | VİDEO

   Finlandiya Rusiya PUA-larını dərhal vurmayacaq    | VİDEO
  29 Sentyabr 2025    Oxunub:386
Finlandiya sərhədini pozan Rusiya pilotsuz təyyarələrinin vurulmasına dərhal göstəriş verməyəcəyəm.
AzVision.az xəbər verir ki, Finlandiyanın prezidenti Aleksandr Stubb “CNN” telekanalına müsahibəsində belə deyib.

Onun sözlərinə görə, belə vəziyyətlərdə təmkinli davranmaq və “əlüstü reaksiya verməmək” vacibdir: əvvəlcə araşdırma aparılmalı, sonra xəbərdarlıq və yalnız bundan sonra Hərbi Hava qüvvələrinin qərarı olmalıdır.

Rusiya XİN-in rəhbəri Sergey Lavrovun “NATO və Avropa İttifaqının (A) Rusiyaya qarşı müharibəsi” barədə iddialarını şərh edən Stubb Helsinkinin Moskva ilə müharibə aparmadığını vurğulayıb.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: Finlandiya   Rusiya   PUA-lar  



Xəbər lenti